ABŞ sülh danışıqları və qoşunların Ukraynadan çıxarılması naminə Moskvaya qarşı sanksiyaların yumşaldılması imkanlarına müsbət baxacaq. Azadmedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Senatda keçirilən dinləmələrdə dövlət katibinin müavini Viktoriya Nuland deyib.
Nuland əlavə edib ki, dövlət katibi Entoni Blinken də eyni mövqedədir.
Öz növbəsində Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov dövlət katibinin müavininin sözlərini şərh edərək, amerikalıların dialoqa hazır olduğunu görmədiyini bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynada hərbi xüsusi əməliyyat keçirir. Vladimir Putinin sözlərinə görə, əməliyyatın son məqsədi Donbasın azad edilməsi və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.