AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın təşkil etdiyi sensasiyalı terror aktları

  • + A
  • - A
  • 27-01-2023, 19:28

    İranın təşkil etdiyi sensasiyalı terror aktları

    Tarixçi-alim, disent Zaur Əliyev İranın təşkil etdiyi sensasiyalı terror aktlarından yazıb...
    • 1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri oğurlanıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar İrana bağlı “Hizbullah” qruplaşması (“Allahın partiyası”- Livanın şiə kökənli siyasi partiyası) tərəfindən girov götürülüblər. Girovlar 1980-ci illərin ortalarında “İran-Kontra mövzusu” üzrə aparılan məxvi danışıqlarda İranın mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə ediliblər.
    • 18 aprel 1983-cü ildə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumu təşkil edilib. Yük maşınından istifadə etməklə törədilən partlayışlar nəticəsində 17 nəfər amerikalı daxil olmaqla, 63 nəfərin həyatına son qoyulub. Bundan 6 ay sonra - 1983-cü ilin oktyabrında Beyrutun hava limanında törədilmiş partlayış nəticəsində Livanda sülhməramlı qüvvələr kimi yerləşdirilmiş, müxtəlif millətlərə məxsus 241 nəfər dəniz piyadası öldürülüb.
    • 1984-cü ildə ABŞ-ın Livandakı səfirliyinin binasında kamikadze partladılıb. Nəticədə 2-si amerikalı olmaqla 23 nəfər həlak olub. 1984-cü ildə isə Beyrut Amerika Universitetinin prezidenti Malkolm Kerri terror aktı ilə öldürülüb.
    • 1984-cü ilin mart ayında “Hizbullah” Beyrutda Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Uilyam Baklini oğurlayıb. Bir ildən çox müddətdə işgəncə verdikdən sonra, 1985-ci ildə onu qətlə yetirib.
    • 1988-ci ilin fevralında Birləşmiş Millətlər Təşkilatının Livanda atəşkəsə nəzarət missiyasında xidmət edən dəniz zabiti polkovnik Uilyam Hiqqinsi oğurlanıb və 1989-cu ildə öldürüb.
    • 1985-ci ilin iyun ayında “Hizbullah” qruplaşmasının üzvləri İranın maddi-texniki dəstəyindən faydalanaraq, Afinadan (Yunanıstan) TWA 847 saylı reys üzrə uçan təyyarənin bort heyətini qaçırıb qətlə yetiriblər. 1985-ci ilin dekabrında, həmçinin, 1986-cı ilin sentyabrında isə Parisdə partlayışlar həyata keçiriblər. Bu teraktlar üçün logistik dəstəyi İranın dövlət strukturları göstəriblər. Nəticədə 12 nəfər ölüb, 200 nəfərə yaxın şəxs yaralanıb.
    • İran agentləri 1989-cu ilin iyul ayında Vyanada (Avstriya) İran kürdlərinin liderini və daha iki nəfəri qətlə yetiriblər. Eyni üsulla, 1991-ci ilin avqust ayında Fransada İran rejiminə müxalifət olan hərəkatın liderlərindən biri- İranın keçmiş baş naziri Şapur Bəxtiyarı öldürüblər. 1992-ci ilin sentyabrında Berlində dörd nəfər İranlı dissident qətlə yetirilib. Bu qətllərdə şübhəli bilinən 4 nəfər SEPAH agenti 1997-ci ildə ələ keçirilərək mühakimə olunublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR