AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankara Tehrandan Azərbaycan səfirliyinə hücumun səbəbinin tez bir zamanda aydınlaşdırılmasını gözləyir

  • + A
  • - A
  • 28-01-2023, 17:33

    Ankara Tehrandan Azərbaycan səfirliyinə hücumun səbəbinin tez bir zamanda aydınlaşdırılmasını gözləyir

    Türkiyə İrandan Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun səbəblırinə ən qısa zamanda aydınlıq gətirməsini gözləyir. Azadmedia.az “Anadolu” agentliyinə istinadla ıxəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    Onun fikrincə, bu cinayətin arxasında kimin dayandığını müəyyən etmək vacibdir.

    Nazir xatırladıb ki, son vaxtlar Azərbaycanın xaricdəki müxtəlif diplomatik nümayəndəliklərinə qarşı terror aktları qeydə alınıb.

    "Bir daha qardaş Azərbaycana başsağlığı verirəm. Azərbaycan heç vaxt, heç vaxt, heç bir yerdə tək qalmayacaq.
    Biz gözləyirik ki, qonşu İran bu terror aktının səbəblərini və sifarişçilərini müəyyən etsin, istər fərd, istərsə də qrup olsun. Bütün məlumatlar Azərbaycan tərəfinə ötürülməlidir. Biz bunu vacib hesab edirik. Bu hücumda əli olanlar qısa zamanda məsuliyyətə cəlb olunmalıdır”, - Çavuşoğlu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR