AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət tətbiq ediləcək

  • + A
  • - A
  • 28-01-2023, 17:40

    Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət tətbiq ediləcək

    Ermənistan hakimiyyəti ölkənin silahlı qüvvələrində qadınlar üçün könüllülük əsasında hərbi xidmətin tətbiqini planlaşdırır. Azadmedia.az xarici mediaya istinadən xəbər verir ki, islahat yaxın vaxtlarda aparılacaq. Qeyd edək ki, bunu ölkənin baş naziri Nikol Paşinyan yanvarın 28-də Ermənistanda qeyd olunan Ordu Günü ilə bağlı müraciətində bildirib və qeyd edib ki, yaxın vaxtlarda biz Ermənistan Respublikasında tamamilə yeni institutun - qadınlar üçün könüllü hərbi xidmətin tətbiqini planlaşdırırıq.

    Yanvarın əvvəlində müdafiə nazirinin müavini Arman Sarkisyan qadınların hərbi xidmətə cəlb edilməsi ilə bağlı qanun layihəsinin hazırlanmasından danışırdı, buna səbəb müdafiə ilə bağlı məsələlərdə qadınların fəallığı idi. O qeyd etmişdi ki, Müdafiə Nazirliyi qadınlar üçün atıcılıq kursları təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR