AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranla ABŞ və ya İsrail arasında müharibə başlayarsa... - ŞƏRH

  • + A
  • - A
  • 29-01-2023, 13:16

    İranla ABŞ və ya İsrail arasında müharibə başlayarsa... - ŞƏRH

    Azadmedia.az Fikrət Fərəməzoğlunun İranla ABŞ və ya İsrail arasında müharibə başlayarsa, baş verəcəklər barədə şərhini təqdim edir:
    - Cənub sərhədlərimiz təhdid altına düşəcək. Müharibə gedən ölkənin qonşuluğumuzda yerləşməsi bunu mümkün edir;
    - İranda yaşayan çoxlu sayda soydaşlarımızın həlak olması, şəhərlərimzin dağıntılya məruz qalması qaçılmaz olacaq. İsrail və ya ABŞ-ın atdıqları raketlərin Azərbaycan şəhərlərinə düşməsi ehtimalları az deyil. Yəni, Təbriz, Urmiyə, Ərdəbil, Əhər və digər şəhərlərimizin də raketlə vurulması qaçılmazdır;
    - İlkin hesablamalara görə, Qafqaz və Türkiyə 20 milyon qaçqın ordusu ilə qarşılaşmalı olacaq. Bu humanitar fəlakət, bizim isə ayaq altında qalmağımız deməkdir.
    - İran xəbərdarlıq etmədən Bakı və digər şəhərlərimizə raket atəşinə tutacaq. Buraya Türkiyə də daxildir. Bunu Tehran molla rejimi dəfələrlə bəyan edib. "Sionistlər Azərbaycanda hərbi baza qurur" xəbərini dövriyyəyə buraxmaları da bunun üçün zəmin hazırlamaqdır. Bu raket zərbələrinin nə qədərinin qarşısını ala bilərik, məlum deyil. Son Qarabağ savaşı göstərdi ki, Rusiyanın 70-80-ci il istehsalı olan raketlərinin bir qisminin qarşısını ala bilmədik. Gəncə və Bərdənin vurulması bunun əyani sübutudur. İranın "Şahab" raketləri isə müasir sayılır və 2000-ci illərin istehsalıdır.
    Müharibə heç bir halda qazanc və xeyir gətirmir. Harada olmasından asılı olmayaraq onu qurbanları rejimlər deyil, dinc əhali olur. İran dağılsın, amma daxildə gedən proseslər fonunda. Müharibənin bizə zərrə qədər xeyir yoxdur. Əksinə cidd problemlər, fəlakətli nəticələrə səbəb olacağı şübhəsizdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR