Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu tənqid edərək, onun vəzifəsi üçün lazım olan “keyfiyyətlərə malik olmadığını” iddia edib.
Azadmedia.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.
“Əslində, Fransanın başında olan şəxsin bu dövlətin başçısı olmaq üçün xarakteri yoxdur”, - Ərdoğan bildirib.
Mövqeyinin lehinə arqument kimi o, Fransanın Afrika ölkələrini "sömürdüyünü" bəyan edərək, ölkənin Mali və Burkina Faso ilə əlaqələrinə işarə edib.
“Mali Fransa ilə tam parçalanma vəziyyətindədir. Burkina Faso son tarix verdi: “Mən sizə bir ay verirəm. Bir aydan sonra biz burada fransız əsgərlərini görmək istəmirik”, – Türkiyə prezidenti bildirib ki, Fransa Afrikadakı nüfuzunu sürətlə itirir
Toqonun da eyni şeyi edəcəyini ehtimal edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.