AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəsmi Yerevan erməniləri Xankəndinə sel kimi axıtmaq xülyasındadır, lakin...

  • + A
  • - A
  • 31-01-2023, 01:38

    Rəsmi Yerevan erməniləri Xankəndinə sel kimi axıtmaq xülyasındadır, lakin...

    Azadmedia.az siyasi şərhçi Aydın Quliyevin şərhini təqdim edir:
    Yerevanda əminlik var ki, BMT məhkəməsi üç istiqamətdə təminat tədbirləri barədə qərar verəndən (?)sonra Ermənistandan xalq Xankəndinə sel kimi axmalıdır.
    1.Laçın yolunda aksiyanın dayandırılması.
    2.Avtomobil və yüklərin sərbəst hərəkətinin təmin edilməsi.
    3.Xankəndinin fasiləsiz enerji təminatı.
    Bəllidir ki, Yerevan Laçın yolu olaylarından "qalib "çıxacağını düşünür və bundan sonra sonra ən zəif yerləri olan Xankəndi ermənilərinin sayını həqiqətən 120 minə çatdırmağı planlayır. Vardanyanın iki mitinq cəhdindən sonra hamı Xankəndidə 20 mindən çox ermıninin olmadığına əmin oldu.
    Təbii ki, Yerevan Xankəndiyə erməni axını təşkil edə bulməyəcək, çünki hətta məhkəmə qərar çıxarmış olsa belə, Azərbaycan ona boyun əyməyəcək, əyməməlidir. Bu halda BMT rəhbərliyinin Azərbaycana deyə biləcəyi söz varmı? Əgər BMT düz 28 il Azərbaycanın xeyrinə özünün qəbul etdiyi və Beynəlxalq Məhkəmənin qərarından da üstün 4 qətnamənin icrasını "ildən-ilə, plandan-plana" saldısa, bunu bütün dünya gördüsə, onun kağız parçasından fərqlənməyən məhkəmə qərarını biz niyə icra etməliyik?! Yəqin ki, erməni lobbisi məhkəmənin qapı "cəftələrini erməni konyakı ilə isladıb qərar çıxarılmasına nail olsa", Azərbaycan prezidenti ona məhz bu şəkildə cavab verəcək...
    Görək, BMT məhkəməsi erməni konyakından "dəmləşəcəkmi"?..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR