İranla Azərbaycan arasında süni yaradılmış
münasibətlərdə dönüş nöqtəsi və son dərəcə mühüm hadisə baş verdi.
Azadmedia.az xəbər verir ki, bu barədə YDU-nun Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan özünün TG kanalında yazıb.
“Yanvarın 29-da Bakı rejiminin bütün diplomatik nümayəndələrinin Tehrandan təxliyəsi Bakının artıq İranda səfirliyinin olmaması ilə nəticələndi.
Bu, Azərbaycanın mümkün diplomatik müqaviməti olmadan bu ölkənin daxilində fəal işləməklə Ermənistan-İran münasibətlərini gücləndirmək üçün unikal imkan yaratdı”, - Voskanyan yazıb.
Onun sözlərinə görə, göz qabağındadır ki, bunun üçün təkcə Tehranda erməni diplomatik mövcudluğunu artırmaq deyil, həm də Təbrizdə Ermənistan konsulluğunun açılması üçün sürətli və keyfiyyətli addımlar atmaq lazımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.