ĺ
ABŞ-ın silahlı qüvvələri indi Çinlə müharibəyə kifayət qədər hazır deyil.
Azadmedia.az Qazeta.ru-ta istinadən xəbər verir ki, bu barədə təqaüdçü amerikalı general Cek Kin məlumat yayıb.
“Biz lazım olduğu kimi hazır deyilik. Bölgədə effektiv hərbi çəkindirmə gücümüz yoxdur. Çinin ABŞ-dan daha çox gəmisi, daha çox təyyarəsi və daha çox raketi var”, - Keen bildirib.
Amerikalı generalın sözlərinə görə, Tayvan da Pekinlə qarşıdurmaya hazır deyil.
Bundan əvvəl ABŞ generalı bildirib ki, Britaniya ordusu yüksək səviyyəli döyüş qüvvəsi hesab edilmir.
Həmçinin ABŞ generalı bildirib ki, Kiyev “Leopard” tankları ilə Melitopol və Mariupola hücum edə biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.