AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vardanyan Azərbaycanla dialoqun zəruriliyi haqqında danışıb

  • + A
  • - A
  • 1-02-2023, 21:16

    Vardanyan Azərbaycanla dialoqun zəruriliyi haqqında danışıb

    Qondarma Artsax Dövlət Naziri Ruben Vardanyan The Hill Times qəzetinə müsahibəsində Kanada və beynəlxalq ictimaiyyəti Laçın dəhlizinin açılması üçün Azərbaycana təzyiq göstərməyə və onun hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O, Xankəndini təchiz etmək üçün “humanitar hava dəhlizi” yaratmağa çağırıb.

    Azadmedia.az xəbər verir ki, Vardanyan Azərbaycanın Laçın dəhlizi boyunca nəqliyyatın hərəkəti ilə bağlı məlumatlarını mübahisələndirərək qeyd edib ki, dekabrın 12-dən Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus cəmi bir neçə yüz yük maşını Laçın dəhlizindən keçib.
    “Müqayisə üçün qeyd etmək istərdim ki, blokadadan əvvəl Artsaxa gündə 800-dən 1000-ə qədər yük maşını daxil olurdu”, - Vardanyan vurğulayıb.
    Onun sözlərinə görə, bütün iqtisadiyyat dalana dirənib, çünki istehsal üçün heç bir resursu xaricdən almaq və ya burada istehsal olunan məhsulları ixrac etmək mümkün deyil.
    Qeyd: Azərbaycan etiraf etməlidir ki, dialoq olmalıdır, - deyən Vardanyana xatırlatmaq lazımdır ki, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Xankəndi Azərbaycandır, istəməyən köçüb Ermınistana gedə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR