AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı 2022-ci ilin Payız sessiyasını əhatə edən hesabat təqdim edib

  • + A
  • - A
  • 2-02-2023, 15:23

    Deputat Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı 2022-ci ilin Payız sessiyasını əhatə edən hesabat təqdim edib

    Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı 2022-ci ilin Payız sessiyasını əhatə edən hesabat təqdim edib. Millət vəkilinin Azadmedia.az-a verdiyi məlumata görə Hesabat jurnalında deputatın fəaliyyəti ilə bağlı bir sıra məqamlar əks olunub.
    “Hər bir seçicimizin yanında olmağa, onların problemləri ilə yaxından tanış olmağa, müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirməyə və həlli üçün lazımi tədbirlər görməyə çalışmışıq” – deyə hesabatda qeyd olunub.
    Millət Vəkili Ceyhun Məmmədov bu illər ərzində Parlament üzvü olaraq fəaliyyətində vətəndaşlarla iş, qanunvericilik sahəsində iş, parlamentlərarası fəaliyyət və s. İstiqamətləri müəyyən edərək, sözügedən istiqamətlər çərçivəsində fəaliyyətin sözdən əmələ prinsipləri əsasında təşkili üçün daima səylər göstərdiyini bildirib.
    Ölkədə baş verən hadisələrlə bağlı istər yerli, istərsə də xarici televiziya kanallarında, sosial şəbəkələrdə münasibət bildirmək, şəhid ailələri və qazilərlə sıx əlaqədə olmaq, gənclərin marifləndirilməsi yolunda təşkil edilən tədbirlərdə iştirak fəaliyyətinin ən vacib istiqamətlərindən olduğunu qeyd edib.
    Deputat bildirib ki, hesabat dövründə ümumilikdə 60 yazılı, 368 şifahi, sosial şəbəkələr vasitəsilə isə 447 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradılıb, problemləri diqqətdə saxlanılıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.
    Deputat bundan sonrakı fəaliyyəti dövrlərində də daim seçicilərlə bərabər olacağını, onların problemlərinin həlli yolunda lazımi addımlar atacağını və onlarla birgə uğurlu nəticələrə nail olacağını bildirib.
    Sonda, Deputat Ceyhun Məmmədov 2022-ci il ərzində vətəndaşlar tərəfindən ünvanlanan müracaciətlərin araşdırılaraq, səlahiyyət və qanunvericiliyin imkanları çərçivəsində həlli istiqamətində köməklik göstərmiş bütün dövlət qurumlarına, fəaliyyətinin işıqlandırılmasında daima dəstək verən media nümayəndələrinə öz təşəkkürünü bildirib.
    Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Ceyhun Məmmədov Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsi, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan – Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR