Rusiyanın əsas vəzifəsi ölkənin qorunub saxlanması üçün şərait yaratmaq, onun inkişafı və möhkəmlənməsi üçün hər cür şərait yaratmaqdır. Azadmedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Bizim əsas vəzifəmiz Rusiyanın qorunub saxlanmasını təmin etmək, onun mütərəqqi inkişafı, güclənməsi üçün şərait yaratmaqdır", - Putin ictimai vətənpərvər və gənclər təşkilatlarının nümayəndələri ilə görüşündə deyib.
O, bu vəzifənin öz həllini tapacağını vurğulayıb.
“Lakin bu ümumi məqsədə çatmaq üçün görülən işlərin tərkib hissələrindən biri də təbii ki, tarixi yaddaşın dirçəldilməsi, qorunub saxlanılmasıdır”, - deyə dövlət başçısı yekunlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.