BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin ”Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tətbiqi və xidmətlərin daha efektiv göstərilməsi üçün vahid məkandan xidmət göstərən mərkəzlərin dizaynı” adlı nəşrində “ASAN xidmət” modeli dövlət xidmətləri sahəsində ən qabaqcıl təcrübələr arasında göstərilir. Nəşrin məqsədi vahid məkandan xidmət göstərilməsi sistemi və dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqinin təşviqidir.
Azadmedia.az xəbər verir ki, sözügedən materialda vahid məkandan xidmət göstərən mərkəzlərin vacibliyi qeyd olunur. Eyni zamanda bu cür mərkəzlərin qurulması prosesi zamanı qarşılaşılan çətinliklər, hazırlanan strategiyalar və müxtəlif dövlətlər tərəfindən müvafiq sahə üzrə görülən işlərdən bəhs olunur, uğurlu təcrübələr qeyd olunur.
Nəşrdə Azərbaycanda dövlət xidmətlərinin qabaqcıl idarəetmə prinsipləri əsasında göstərilməsində, səmərəliliyin artırılmasında və bu istiqamətdə əlçatanlığın təmin olunmasında “ASAN xidmət”in müstəsna əhəmiyyətindən söhbət açılır.
Bundan əlavə “ASAN xidmət”in 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görüldüyü bildirilir. Azərbaycanda dövlət idarəçiliyi sahəsində aparılan uğurlu islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in korrupsiyaya qarşı mübarizə, eləcə də bürokratiyanın aradan qaldırılması istiqamətində mühüm rol oyandığı vurğulanır.
Nəşrdə Səyyar ASAN xidmətin, SAN könüllülərinin fəaliyyəti barədə də məlumat verilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ASAN xidmət” mərkəzlərinin açılış mərasimlərində şəxsən iştirak etməsinin dövlət xidmətlərinin qabaqcıl idarəetmə prinsipləri əsasında göstərilməsinə, səmərəliliyin artırılmasına və bu istiqamətdə əlçatanlığın təmin olunmasına Azərbaycan dövləti tərəfindən verilən önəmin göstərcisi kimi qeyd olunur.
Əlavə olaraq sənəddə Vyetnam, Kenya, Qazaxıstan, Gürcüstan, Koreya, Sinqapur kimi ölkələrin dövlət xidmətləri sahəsində olan təcrübələrindən bəhs olunur.
Nəşrə keçid:
https://bit.ly/3YiNIo6
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.