AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

63 rus hərbçisi BƏƏ-nin vasitəçiliyi ilə Ukrayna əsirliyindən geri qaytarılıb

  • + A
  • - A
  • 4-02-2023, 12:13

    63 rus hərbçisi BƏƏ-nin vasitəçiliyi ilə Ukrayna əsirliyindən geri qaytarılıb

    Çətin danışıqlar prosesindən sonra 63 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. Azadmedia.az bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyi bu gün bildirib.

    “Azad edilmiş Rusiya hərbçiləri qrupuna “həssas kateqoriya”dan olan şəxslər daxildir ki, onların mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin vasitəçilik səyləri nəticəsində mümkün olub”, - nazirlik əlavə edib.

    Bütün döyüşçülər artıq Rusiyadadır. Hərbi qulluqçulara lazımi psixoloji və tibbi yardım göstərilir, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır.

    Xatırladaq ki, bu, 2023-cü ildə ikinci məhbus mübadiləsidir. Yanvarın 8-də Kiyevin nəzarətində olan ərazilərdən 50 döyüşçü geri qaytarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR