ABŞ Maliyyə Nazirliyi pilotsuz uçuş aparatları (PUA) istehsal edən İran şirkətinin rəhbərliyinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Xəzinədarlıq katibinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelsonun sözlərinə görə, İran təşkilatları İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və hərbçilər üçün PUA istehsal edir, həmçinin Rusiya hərbi əməliyyatları üçün təchiz edir. O, əlavə edib ki, ABŞ İranın pilotsuz təyyarə proqramının bütün elementlərinə aqressiv hücumu davam etdirəcək.
Azadmedia.az Qazeta ru-ya istinadla xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Rusiyaya İranın pilotsuz uçan aparatları və digər silahların tədarükü ilə bağlı narahatlığından danışıb.
Xatırladaq ki, həm Moskva, həm də Tehran dəfələrlə açıq şəkildə bəyan ediblər ki, İranın pilotsuz təyyarələri Rusiyanın Ukraynadakı xüsusi əməliyyat zonasında istifadə edilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.