Suriyalı ekspert, Dəməşq Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Bassam Abu Abdallah bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Volqoqradda dediyi sözlər Rusiya Silahlı Qüvvələrinin ən müasir silahlara malik olması deməkdir. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Rusiya öz tanklarını heç bir istiqamətə göndərməyib, öz milli təhlükəsizliyini qoruyur. Prezident Putinin sözləri aydın mesaj verir ki, Rusiya Avropada və ya ondan kənarda istənilən tərəfə zərbə endirəcək ən qabaqcıl silahlara malikdir”.
Əbu Abdulla hesab edir ki, Qərb ölkələri heç bir kompromis olmadığını başa düşməlidirlər və Qərbin “qırmızı xətləri” keçəcəyi təqdirdə Rusiya tərəfi bütün növ silahlardan istifadə etməyə hazırdır.
Ekspert onu da vurğulayıb ki, Qərbin Ukraynaya yeni silahlar tədarükü xüsusi hərbi əməliyyatda “Rusiyanın nəzərdə tutduğu məqsədləri” dəyişməyəcək.
Xatırladaq ki, Fevralın 2-də Putin Volqoqrada səfəri zamanı bəyan etmişdi ki, Rusiyaya zirehli texnika ilə təhdidlər olarsa, məsələ bitməyəcək. O qeyd edib ki, döyüş meydanında Rusiya Federasiyası üzərində qələbə qazanmağı gözləyənlər “Anlamırlar ki, Rusiya ilə müasir müharibə onlar üçün tamamilə fərqli olacaq”.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların səbəbi oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.