Almaniya kansleri Olaf Şolz bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya Federasiyası ərazisinə Qərb istehsalı olan silahlarla zərbə endirməkdən imtina etmək barədə “konsensus” var. Azadmedia.az xəbər verir ki, Berlin əvvəllər öz tanklarının Kiyevə çatdırılmasını təsdiqləmiş, lakin döyüş təyyarələrinin göndərilməsini istisna etmişdi.
Böyük Britaniya, Almaniya və ABŞ yanvar ayında ilk dəfə olaraq Ukraynaya istehsal etdikləri tankların tədarükünü elan etdilər. Bundan əlavə, Berlin Leopardla silahlanmış digər ölkələrə onları Kiyevə tədarük etməyə icazə verdi. Almaniya 14 Leopard 2-nin göndərilməsini rəsmən təsdiqləyib.KİV-in məlumatına görə, hakimiyyət köhnəlmiş Leopard 1-lərin Kiyevə göndərilməsinə də icazə verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.