Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ ərazisi üzərində uçan və ABŞ hərbçiləri tərəfindən vurulan hava şarının buraxılmasından xəbərsiz olub. Azadmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
Nəşr qeyd edir ki, Çin şarı ilə bağlı hekayə həqiqətən qəza ola bilər.
Beynəlxalq İnstitutun direktoru və siyasi elmlər professoru Meri Qallager də baş verənlərdən narahat olaraq bildirib ki, əgər bunu hərbçilər, hansısa şirkət və ya Çin Elmlər Akademiyası onun xəbəri olmadan edibsə... o zaman bu, məni ölkədə baş verənlər narahat edir.
Qəzet vurğulayır ki, Pekinin insidenti qızışmazdan əvvəl həll etməməsi başqa oxşar hadisələrin də baş verə biləcəyini göstərir.
Bundan əvvəl NBC telekanalı ABŞ üzərində uçan Çin şarının Çinin “böyük təbliğat qələbəsini” öldürdüyünü və ölkəyə rüsvayçılıq gətirdiyini bildirmişdi.
Politico yazır ki, ABŞ prezidenti Co Baydenin Çin hava şarını vurmaq qərarı Vaşinqton-Pekin münasibətlərinə zərbədir.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çinin meteoroloji tədqiqat aparatının vurulması ilə nəticələnən hərəkətinə etiraz edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.