AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO əsgərləri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmək üçün məzuniyyət alırlar

  • + A
  • - A
  • 6-02-2023, 02:01

    NATO əsgərləri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmək üçün məzuniyyət alırlar

    Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Viktor Vodolatski Ura.ru-ya müsahibəsində bildirib ki, NATO əsgərləri Ukrayna Silahlı Qüvvələrinin muzdlu əsgəri olmağa çalışırlar.
    Parlamentarinin sözlərinə görə, NATO hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin muzdlu əsgəri olmaq üçün məzuniyyətə çıxırlar. Azasmedia.az Rusiya mediasına istinadən xəbər verir ki, Vodolatski əlavə edib ki, Ukraynada hərbçilər “döyüş koordinasiyası”ndan keçir.

    Viktor Vodolatski vurğulayıb ki, belə muzdlular arasında Kanada, Polşa, Almaniya, Çexiya vətəndaşları və "prinsipcə, bütün NATO ölkələrinin nümayəndələri" var.

    Bir müddət əvvəl Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin bildirmişdi ki, Danimarka Ukraynaya hərbi dəstəyi genişləndirməklə münaqişənin dərinliyinə gedir. Bundan əvvəl Barbin danimarkalı muzdluların Ukraynada “yandığını” bildirib.

    Xatırlqdaq ko, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin kömək istəyinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.

    Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların səbəbi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR