Aİ-nin sözünün ardınca heç bir addım atılmır, çünki Azərbaycan birliyə çox sərfəli şərtlərlə neft və qaz verir. Azadmedia.az xəbər verir ki, Ruben Vardanyan bunu İspaniyanın EL PAIS və İtaliyanın La Nuova Bussola Quotidiana nəşrlərinə müsahibəsində bildirib.
“Aİ ilə problem ondadır ki, sözün ardınca hərəkətlər getmir, çox güman ki, Azərbaycan bu istiqamətdə neft və qazı çox sərfəli şərtlərlə tədarük edir”, o, Aİ-nin hərəkətləri və Avropa Şurasının qətnaməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Qondarma dövlət naziri sərsəmcəsinə vurğulayıb ki, Azərbaycanın məqsədi blokada yolu ilə insanları öz nəzarəti altına almağa məcbur etməkdir ki, bu da məcburi qovulma və etnik təmizləmə deməkdir.
“Avropa cəmiyyəti öz hakimiyyətini Bakıya qarşı sanksiyalar tətbiq etməyə məcbur etməlidir.
Vardanyan hər iki tərəf üçün məqbul dialoqa getməyə hazır olduğunu bildirib və qeyd edib ki, Xankəndi erməniləri Bakının hakimiyyətini heç vaxt qəbul etməyəcəklər.
“Biz sovet dövründə Azərbaycanda yaşayan erməni icmalarının sakinləri olan etnik təmizləməyə məruz qalmaq istəmirik. Biz demokratik respublikayıq və öz xalqına belə hörmət etməyən diktatura dövlətinin bir hissəsi ola bilmərik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.