AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Rumıniya münasibətləri dinamik inkişaf edir

  • + A
  • - A
  • 7-02-2023, 11:30

    Azərbaycan-Rumıniya münasibətləri dinamik inkişaf edir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin fevral ayının 2-də Rumıniya Prezidenti Klaus Yohannisin səfəri zamanı verdiyi bəyanatda xüsusi olaraq vurğulamışdır ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Keçmişə nəzər salanda bir daha qeyd etmək lazımdır ki, iki ölkə arasında formalaşan dialoq səmərəli xarici siyasətin məntiqi nəticəsidir.
    İlk öncə vurğulanmalıdır ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 11 dekabr 1991-ci ildə rəsmi şəkildə tanıyan, Türkiyədən sonra ikinci dövlət olmuşdur və həmin zamandan başlayaraq ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Maraq doğuran faktlardan biridə ondan ibarətdir ki, Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq 2001-ci ildə Azərbaycan məhz Rumıniyada səfirlik açmışdır.
    Dövlətlərimiz arasında münasibətlərin 60-dan çox normativ sənədə əsaslanan möhkəm hüquqi bazası mövcuddur.
    Statistik məlumatlar göstərir ki, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Təkcə 2022-ci ilin yanvar-fevral aylarında Aərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfədən çox artıb. Azərbaycan şirkətləri Rumıniyada fəal fəaliyyət göstərirlər. Azərbaycanın Dövlət neft şirkəti - SOCAR-ın Rumıniyada 70-dən çox yanacaqdoldurma məntəqəsi və bir neçə yanacaq deposu var. Digər tərəfdən, təbii qazın Rumiyaya çatdırılmasına dair imzalanmış Saziş hər iki dövlət üçün yeni perspektivlər vəd edir. Azərbaycan-Rumıniya tərəfdaşlığı və irimiqyaslı müştərək beynəlxalq layihələrin həyata keçirilməsi ümumiyyətlə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynayır. 2022-ci ilin sonunda Buxarestdə imzalanan yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş iki dövlətin ən əhəmiyyətli məsələlərin həllində aparıcı mövqeylərini təsdiq edir və qələcəkdə yeni-yeni layihələrin müştərək formada həyata keçirilməsi üçün mühüm platforma yaradır.

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR