ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyi dövründə ölkə üzərində heç bir Çin kəşfiyyat şarının uçmadığını bildirib. Azadmedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə o, özünün Truth Social sosial şəbəkəsində yazıb:
“Mən prezident olduğum müddətdə Çindən gələn heç bir şar heç bir şəkildə, heç bir şəkildə, hər hansı formada Birləşmiş Ştatların üzərində uçmayıb. Əgər bu baş versəydi, biz onları dərhal vurardıq!”
Trampın sözlərinə görə, mətbuatda onun vəzifədə olduğu illər ərzində Amerika ərazisi üzərində ən azı üç dəfə mühüm strateji obyektlərin yaxınlığında casus şarlarının görülməsi barədə xəbərlər dezinformasiyadır.
Xatırladaq ki, fevralın 5-də ABŞ hərbçiləri bir neçə gündür ABŞ ərazisi üzərində uçan Çin hava şarını vurub. Pentaqon vurulan cihazı casus cihazı adlandırıb, Çin isə hava şarının mülki araşdırma olduğunu və təsadüfən ABŞ-ın üzərinə düşdüyünü bildirib.
ABŞ prezidenti Co Baydenin Amerika torpaqları üzərində Çin şarı ilə "işi susdurmağa" çalışdığını söyləyənlər də var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.