Azadmedia.az Reuters-ə istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib ki, Fransa prezidenti Emmanuel Makron Rusiya ilə bağlı mövqeyini “həqiqətən dəyişib”.
“Düşünürəm ki, o dəyişdi və bu dəfə o, real olaraq dəyişdi”, – Ukrayna lideri Makronun Rusiyanı “alçaltmaqdan” qaçmaq zərurətini elan etdikdən sonra dəyişib-dəyişmədiyi sualına cavab verib.
Zelenski deyib ki, Ukraynaya “tankların tədarükünə yol açan” və ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyən məhz Makrondur. Onun fikrincə, bu, “əsl siqnal” idi.
Ukrayna prezidenti onu da bildirib ki, Almaniya ilə Rusiya arasında yaxın münasibət var, lakin Fransa ilə Rusiya arasında bu, daha da güclüdür.
"1917-ci ildə inqilab zamanı ölkəsini tərk edən ruslar, kommunist rejimindən qaçan bütün ziyalılar Avropada məskunlaşıblar", - Zelenski bildirib.
Xatırladaq ki, keçən iyun ayında Emmanuel Makron demişdi ki, Rusiyanı alçaltmaq olmaz, çünki gec-tez ölkələr onunla əməkdaşlıq etməli olacaqlar. Bu ilin yanvarında o, tənqid və qınaqlara baxmayaraq, Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.