Böyük Britaniyanın baş naziri Rişi Sunak "Challenger 2" tanklarının mart ayına qədər Ukraynaya çatacağını açıqlayıb. Dorsetdəki hərbi bazada Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında cənab Sunak bəyan etdi ki, London “yaxın günlərdə və həftələrdə onların cəbhə xəttinə gəlişinə zəmanət vermək üçün” Kiyevə silah çatdırılmasını “sürətləndirir”.
Azadmedia.az xarici kiv-lərə istinadla xəbər verir ki, Rişi Sunak "Ukraynanı qısa müddətdə silahlandırmalıyıq, uzunmüddətli perspektivdə də Ukraynanı dəstəkləməliyik" deyib.
Xatırladaq ki, Zelenski bu gün, fevralın 8-də Böyük Britaniyaya gəlib, bu ölkənin qanunvericiləri qarşısında çıxış edib və Kral III Çarlz tərəfindən qəbul edilib. Bu gün Ukrayna prezidenti Fransa prezidenti Emmanuel Makronla görüşmək üçün Parisə, daha sonra fevralın 9-10-da keçiriləcək Aİ sammiti üçün Brüsselə gedəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.