Fransanın xarici işlər naziri Ketrin Kolonna və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan-Azərbaycan münasibətləri və Qarabağdakı vəziyyəti müzakirə ediblər. Azadmedia.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Kolonna və Blinken Ermənistan və Azərbaycan arasındakı münasibətlərdəki vəziyyəti müzakirə ediblər, iki ölkə arasında münasibətlərdə yaranmış problemlərin həlli üçün göstərilən səylərə yekun vurublar.
Onlar Laçın yolu ətrafındakı vəziyyəti də müzakirə ediblər.
Fransa və ABŞ-ın xarici işlər orqanlarının rəhbərləri Cənubi Qafqazdakı bütün məsələlərdə güclərini birləşdirmək niyyətində olduqlarını və bunun üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla təmasları davam etdirəcəklərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.