Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında telefon danışığı olub. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Hərbi İdarəsinin rəsmi Telegram kanalında məlumat verilib.
Söhbət zamanı müdafiə idarələrinin rəhbərləri regional təhlükəsizliyin vəziyyətini, həmçinin Rusiya-Ermənistan hərbi və hərbi-texniki əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan sülh sazişi ilə bağlı təkliflərini Bakıya təqdim edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.