Moldova prezidenti Maia Sandu fevralın 10-da ölkənin hava məkanının pozulmasını qətiyyətlə pislədiyini bildirib. Azadmedia.az xəbər verir ki, bu barədə o, Twitter hesabında məlumat verib.
"Mən Moldovanın hava məkanının pozulmasını qətiyyətlə pisləyirəm", - Sandu yazıb.
Moldova sülhə və təhlükəsizliyə layiqdir və hakimiyyət buna nail olmaq üçün bütün lazımi addımları atacaq”, - prezident qeyd edib.
Onun sözlərinə görə, Moldovanın neytral statusu o demək deyil ki, ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün onun müdafiəsi ilə məşğul olmamalıdır.
Fevralın 10-da Rumıniya Müdafiə Nazirliyi Rusiya raketinin ölkənin şimal-şərq sərhədindən 35 kilometr uzaqlıqda uçduğunu açıqlayıb. Agentlik açıqlamasında bildirib ki, Rumıniya Hərbi Hava Qüvvələrinin müşahidə sistemi Qara dənizdə Rusiya gəmisindən atılan hava hədəfini, çox güman ki, qanadlı raketi aşkar edib.
Bundan sonra ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel bildirib ki, Rusiya Moldova və Rumıniya üçün hərbi təhlükə törətmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.