Almaniya, Nederland və Belçikadan ibrətamiz addım
Almaniya zəlzələ qurbanı olmuş Türkiyə vətəndaşlarına Almaniyadakı ailə üzvlərinin yanına gəlməyə imkan tanıdı. Evsiz qalmış şəxslərin qardaşı, bacısı, övladı Almaniyada yaşayırsa, o şəxslərə 3 aylıq viza veriləcək. Almaniyada qaldıqları müddətdə xərcləri dövlət tərəfindən qarşılanacaq.
Nederland ölkədə çalışan və zəlzələ nəticəsində evi yaşanmaz hala düşən Türkiyə vətəndaşlarının uzun müddət ölkədə qalmasına qərar verdi.
Eyni addımı Belçika da atdı. Zəlzələdə zərər çəkib evsiz qalmış şəxslərin övladı, qardaşı, bacısı Belçikada varsa, onlar da yaxınlarının yanına gələ bilərlər.
Məlumat rəsmidir. Nederland dövlət mediası yayıb.
Azadmedia.az xəbər verir ki, məlumatı Fikret Huseynli paylaşıb