ABŞ və İsrail hərbçiləri “Juniper Falcon” birgə təlimlərinə başlayıblar. Bu təlimlər zamanı hava hücumundan müdafiə və kibertəhlükəsizlik də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığın işlənməsi planlaşdırılır. Azadmedia.az xəbər verir ki, bu barədə TASS İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadən xəbər verir.
Təlimlərdə İsrail ordusunun və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hərbçilərinin iştirak etdiyi dəqiqləşib. Juniper Falcon manevrləri hava hücumundan müdafiə, kiber, logistika və kəşfiyyat ssenarilərinə diqqət yetirəcək.
“Onlar ABŞ və İsrailin potensial təhlükəsizlik insidentlərinə qarşı birgə hazırlığını yoxlayacaqlar. Təlimlər həmçinin iki ölkənin ordularının qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirəcək”, - İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
Bu, İsrail Müdafiə Qüvvələrinin təlim planının bir hissəsi olaraq 2023-cü ildə ABŞ-İsrailin ikinci birgə təlimidir.
Fevralın əvvəlində İsrail təyyarələrinin Fələstin HƏMAS-ın silah istehsalı ilə bağlı hədəfinə hücum etdiyi bildirilmişdi. İsrail ordusu həmçinin bildirib ki, HƏMAS "Qəzza zolağından çıxan bütün terror fəaliyyətlərinə" cavabdehdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.