Azadmedia az Millət vəkili Etibar Əliyevin məqaləsini təqdim edir:
Ermənistanın qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı göndərdiyi humanitar yardım bu ölkədə birmənalı qarşılanmayıb. Bəşəriyyəti sarsıldan bu qorxunc zəlzələ zamanı Yerevanın küçələrində ermənilərlə aparılan müsahibələrdən göründü ki, hələ də bu millətin düşmənçilik hissləri səngiməyib. "Respondent"lərdən bir dedi ki, Spitakda baş verən zəlzələ zamanı Türkiyə onlara dəstək durmayıb... Bu yerdə demək lazımdır ki, ay nankorlar və alçaqlar, azərbaycanlıları doğma torpaqlarından qovmağınıza baxmayaraq biz humanistlikdən imtina etməkdir. Yaddaşı qısa məxluqlar, yadınıza salıram: Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatmışdı. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vuruldu. Ermənistan rəsmiləri və medisı bu günə kimi təyyarənin vurulmadığını, qəzaya uğradlğını iddia edir. İşğalçı ölkə rəsmiləri bildirirlər ki, “1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76M” markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıb”. 69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı.
Dünyanın heç yerində təbii fəlakət zamanı köməyə gələni vurmurlar. Torrorçuluq, genosid törətmək, özgənin ərazisini darmadağın etmək, uşaqları işgəncə ilə öldürmək erməni barbarlarının zəhərlənmiş beyinlərinin məhsuludur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.