AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın BMT-dəki keçmiş səfiri Heyli prezidentliyə namizədliyini açıqlayıb

  • + A
  • - A
  • 14-02-2023, 16:36

    ABŞ-ın BMT-dəki keçmiş səfiri Heyli prezidentliyə namizədliyini açıqlayıb

    BMT-dəki keçmiş səfir və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli ABŞ prezidentliyinə namizədliyini açıqlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

    Qeyd olunur ki, Heyli fevralın 15-i səhər saatlarında seçki kampaniyasını elan etməyə hazırlaşır. Onun respublikaçılardan ölkə prezidentliyinə ilk namizəd olduğu bildirilir. Jurnalistlərin fikrincə, Heyli Respublikaçılar Partiyasından seçkilərdə iştirak edəcək yeganə qadın olacaq.

    Heyli kampaniyasında Amerika vətəndaşlarını “öz fərqlərini” unutmağa və Birləşmiş Ştatları birləşdirən şeyi “yenidən kəşf etməyə” dəvət edəcək.

    Bundan əvvəl respublikaçı senator Markway Mullin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlayan ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyib. Senatorun sözlərinə görə, prezident olduğu dörd il ərzində Tramp Amerika xalqı üçün çox şey edib.

    Respublikaçı senator Ted Kruz bildirmişdi ki, ABŞ prezidenti Co Bayden 2024-cü ildə Demokratlar Partiyasından prezidentliyə namizəd ola bilməyəcək. Kruz hesab edir ki, Ağ Ev rəhbərinin özü seçki yarışında iştirak etməməyə qərar verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR