Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti “Aero India 2023” aerokosmik sənaye, hərbi və mülki aviasiya beynəlxalq sərgisində və sərgi çərçivəsində keçirilən forumda iştirak edir.
Azadmedia.az erməni mediasına istinadla bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Banqalor şəhərində keçirilən tədbir çərçivəsində Ermənistan Respublikası müdafiə nazirinin müavini Karen Brutyan Hindistanın müdafiə naziri Şri Racnat Sinqh ilə görüşüb.
Görüşdə Ermənistan-Hindistan əməkdaşlığının genişləndirilməsi perspektivləri, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.