AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev azadlığa buraxıldıqdan sonra ölkəni tərk edib

  • + A
  • - A
  • 15-02-2023, 10:38

    Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev azadlığa buraxıldıqdan sonra ölkəni tərk edib

    Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev koloniyadan azad edildikdən sonra ölkəni tərk edib. Bu barədə Azadmedia.az 24.kg portalına istinadən məlumat yayıb.

    Atambayev Dubaya uçub, bundan sonra müalicə üçün İspaniyaya uçacaq. Nəşrin məlumatına görə, onu oğlu Kadırbek müşayiət edir.

    "Almazbek Atambayev bu gün saat 6.34-də Bişkek-Dubay marşrutu ilə havaya qalxıb", - eks-prezidentin yaxınları bildirib.

    Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev ərəfəsində koloniyadan azad edilib. Məhkəmə onun müalicəyə ehtiyacı olduğu üçün ölkədən getməsinə də icazə verib.

    Bundan əvvəl Qırğızıstanın Ali Məhkəməsi onun barəsində olan hökmü ləğv edərək cinayət işini yeni məhkəmə baxışına göndərib.

    Atambayev 2011-2017-ci illərdə prezident olub. Onun barəsində bir neçə cinayət işi, o cümlədən 2019-cu il avqustun 7-8-də Köy-Taş kəndində baş vermiş iğtişaşlar, habelə korrupsiya və çirkli pulların yuyulması və Türkiyə vətəndaşlarına qanunsuz pasportların verilməsi ilə bağlı cinayət işi başlanıb.

    2020-ci il iyunun 23-də məhkəmə 2013-cü ildə kriminal rəhbəri Əziz Batukaevin qanunsuz azadlığa buraxılması işi üzrə Atambayevi əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR