Ermənistan və Türkiyə İpək Yolu Körpüsünü birgə yenidən tikmək barədə razılığa gəliblər.
“Bu gün Ararat Mirzoyanla Ankaraya səfər etdik və Türkiyənin xarici işlər naziri ilə görüşdük. Biz qismən Ermənistanda, qismən də Türkiyədə olan İpək Yolu Körpüsünün (Ani) birgə bərpasına razılaşdıq”. Azadmedia.az rus mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
O, iki ölkənin sərhədində yerləşən Marqara körpüsünün də yaxşı vəziyyətdə olduğunu qeyd edib.
Xüsusi nümayəndə onu da vurğulayıb ki, Türkiyə və Ermənistan arasında gözlənilən futbol oyunu ilə bağlı rəsmilərin qarşılıqlı səfərləri hələ də həyata keçirilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.