Şotlandiyanın baş naziri Nikola Sturgeon istefa verdiyini açıqlayıb.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Şotlandiyanın baş naziri Nikola Sturgeon səkkiz illik vəzifəsindən sonra istefa verdiyini açıqlayıb. Şotlandiya Milli Partiyasının da lideri olan Sturgeon Edinburqda keçirdiyi mətbuat konfransında “Mən baş nazir və partiyamın lideri vəzifəsindən istefa verirəm. Növbəti şəxs seçilənə qədər vəzifəmi davam etdirəcəm”, - deyə o bildirib.
Sturgeon bu qərarı dərin və uzun sürən qiymətləndirmələr nəticəsində verdiyini ifadə edərək, "Bu peşəni reallaşdırmanın yeganə yolu hər şeyi verməkdir" dedi. Siyasətçi olmaqla yanaşı, insan olduğunu da əlavə edən Sturgeon, peşəsini yerinə yetirərkən şəxsi həyatına da vaxt ayıra bilmədiyini bildirərək, dostları ilə görüşə gedib kofe içməyin çətin olduğunu bildirib.
Qeyd edək ki, Sturgeon bu vəzifəyə 2014-cü ildə başlayıb.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.