Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Pekin NATO sənədlərində Çinin alyansın təhlükəsizliyinə “təhdid” kimi qeyd olunmasından çox narahatdır. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə diplomat fevralın 16-da keçirdiyi brifinq zamanı bildirib.
“Biz dəfələrlə qeyd etmişik ki, NATO sözdə yeni strateji konsepsiyada faktlara məhəl qoymur, qara ağ adlandırır və Çini sistem problemi kimi yanlış mövqeləndirməkdə israrlıdır”, - Vanq Venbin bildirib.
Diplomat vurğulayıb ki, Pekin bu cür təyinata qəti şəkildə qarşıdır.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO-nun müdafiə nazirləri alyansın hərbi planlaşdırılması üçün Çindən gələn təhdidləri nəzərə alan yeni konsepsiyanı təsdiqləyiblər.
Xatırladaq ki, bundan əvvəl Stoltenberq bəyan etmişdi ki, guya Rusiya və Çin Şimali Atlantika Alyansı ölkələrinə qarşı kəşfiyyat işlərini gücləndiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.