Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev telefonla iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Azadmedia.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Prezidenti Vladimir Putin ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. İkitərəfli ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı bir sıra məsələlər nəzərdən keçirilib", - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.