Harvard CAPS-Harris: Prezident seçkiləri indi keçirilsəydi, Tramp Baydenə qalib gələrdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkiləri 2024-cü ildə deyil, tezliklə keçirilsəydi, hazırkı prezident Co Baydeni qabaqlayacaqdı. Azadmedia.az xəbər verir ki, bu barədə Harvard CAPS-Harris Poll-a istinadən The Hill məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 46%-i Trampa, 41%-i Baydenə səs verəcək.13% respondent öz seçiminə qərar verməyib. Eyni zamanda məqalədə qeyd edilir ki, Baydenin prezident kimi fəaliyyətinin bəyənmə reytinqi dəyişməz olaraq 42% səviyyəsində qalır.
Tramp prezident seçkilərində vitse-prezident Kamala Harrislə mübarizə aparsaydı, respondentlərin 49%-i ona, 39%-i Harrisə səs verəcəkdi.
Nəşr araşdırmaya istinadən Trampın hələ də rəqib respublikaçılar arasında favorit olduğunu qeyd edir. Hipotetik səkkiz tərəfli ilkin seçkidə respondentlərin 37%-i Trampa səs verəcək, 19%-i isə əvvəlki sorğulardan aşağı düşmüş Florida qubernatoru Ron DeSantisi dəstəkləyəcək.
Harvard CAPS-Harris sorğusu 15-16 fevral tarixlərində qeydə alınmış 1838 seçici ilə keçirilib.
Bundan əvvəl respublikaçı senator Markway Mullin ABŞ prezident seçkilərində iştirak etmək niyyətini açıqlayan Trampı dəstəkləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.