AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Kiyev ölkənin bərpası üçün Berlin, Paris və Roma ilə əməkdaşlığa hazırdır

  • + A
  • - A
  • 20-02-2023, 01:02

    Zelenski: Kiyev ölkənin bərpası üçün Berlin, Paris və Roma ilə əməkdaşlığa hazırdır

    Ukrayna prezidenti Vladimir Zelenski bazar günü “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, Kiyev ölkəni bərpa etmək üçün İtaliya, Almaniya və Fransadan investisiyalar gözləyir.
    “Biz fransız, alman, lakin təbii ki, İtaliya investisiyalarını gözləyirik”, - deyə Zelenski bildirib.
    Azadçedia.az xəbər verir ki, o, bu ölkələrin şirkətlərini Ukrayna ilə əməkdaşlığa, gəlib ölkənin bərpasında iştirak etməyə dəvət edib. Prezidentin sözlərinə görə, Ukraynanın bərpası məsələsində hakimiyyət Avropa bazarına üstünlük vermək qərarına gəlib. Eyni zamanda, Afrikada Kiyev kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbarları genişləndirməyi planlaşdırır.

    Zelenski qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya “mütərəqqi texnologiyalar yaratmağa” kömək edir.

    Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib ki, Ukrayna tərəfi Finlandiya ilə məktəblərin və uşaq müəssisələrinin bərpası üçün məsləhət və texniki dəstək barədə razılığa gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR