AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərb Afrika və Latın Amerikası ölkələrini Rusiyaya münasibətini sərtləşdirməyə inandıra bilmədi

  • + A
  • - A
  • 20-02-2023, 02:57

    Qərb Afrika və Latın Amerikası ölkələrini Rusiyaya münasibətini sərtləşdirməyə inandıra bilmədi

    Qərb ölkələri Afrika və Latın Amerikası ölkələrini Rusiyaya qarşı xarici siyasətini sərtləşdirməyə inandırmaq üçün Münhen Təhlükəsizlik Konfransından istifadə etməyə çalışdılar, lakin bu cəhdlər nəticəsiz qaldı. Azadmedia.az xəbər verirmki, bu barədə Financial Times xəbər verir.

    Nəşr vurğulayır ki, Qərb dövlətlərinin liderləri qlobal cənub deyilən ölkələrin liderlərinə Rusiyanın Ukraynadakı hərəkətlərinin təkcə Avropanın deyil, bütün dünyanın təhlükəsizliyini təhdid etdiyi fikrini çatdıra bilməyiblər.

    Nəşr qeyd edir ki, Münhendə Qərb ölkələrinin başçıları ilə ikitərəfli görüşlər zamanı Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri Ukraynadakı vəziyyətdən deyil, inflyasiya, enerji qiymətləri və ərzaq təhlükəsizliyi məsələlərindən narahat olduqlarını bildiriblər.

    Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Avropa İttifaqı inflyasiya ilə mübarizəyə başlamalı, Avropaya zərər verən yeni sanksiyalar tətbiq etməməlidir.

    2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin kömək istəyinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqladı.

    Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların səbəbi oldu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR