ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı deyib ki, ABŞ və Avropa rusları düşmən hesab etmir və Rusiyanı məhv etməyə çalışmır. Onun fikrincə, Rusiya Ukraynadakı hərəkətlərinin əvəzini “ödəməlidir”. Azadmedia.az.xəbər verir ki, Bayden bu həftə Rusiyaya qarşı yeni sanksiyaların qəbul edildiyini açıqlayıb.
“Mən bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmırlar. Qərb Rusiyaya hücum etməyi planlaşdırmırdı”, - deyə Co Bayden bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.