AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Rusiyanı START-ın tətbiqinə qayıtmağa çağırıb

  • + A
  • - A
  • 21-02-2023, 21:23

    BMT Rusiyanı START-ın tətbiqinə qayıtmağa çağırıb

    BMT baş katibinin sözçüsü Stefan Düjarrik TASS-a bildirib ki, Rusiya və ABŞ Strateji Silahların Azaldılması Müqaviləsinin (START) icrasına qayıtmalıdırlar.

    "Baş katibin mövqeyi həmişə aydındır: ABŞ və Rusiya təxirə salınmadan START-nın tam icrasını bərpa etməlidir", - Düjarrik bildirib. Onun sözlərinə görə, beynəlxalq birliyin təhlükəsizliyi bundan asılıdır.

    Azadmedia.az xəbər verir ki, bu gün, fevralın 21-də prezident Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırdığını açıqlayıb. Səbəb kimi o, ABŞ-ın müqavilə çərçivəsində Rusiyanın təkliflərini rədd etməsini, həmçinin NATO-nun Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyi ilə bağlı bəyanatlarını göstərib. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton hələ də Moskva ilə silahların məhdudlaşdırılması məsələsini müzakirə etməyə hazırdır.

    Yanvarda ABŞ Dövlət Departamenti Rusiyanın START-ı iki dəfə pozduğunu bildirdi: xüsusən, nüvə obyektlərinin təftişini əngəlləyib və sazişin həyata keçirilməsinə mane olan məsələləri müzakirə etmək üçün görüşməkdən imtina edib. Fevralda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Rusiya ABŞ-ın Ukrayna ilə bağlı mövqeyini nəzərə almadan START ilə bağlı məsələlərə baxa bilməz.

    2022-ci ilin avqustunda Rusiya bu müqaviləyə əsasən öz obyektlərini yoxlama fəaliyyətindən çıxarıb. Lakin sentyabrın sonunda Rusiya və ABŞ yoxlamaların bərpasını müzakirə etməyə başladı. Dekabrda danışıqlar dayandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR