Azadmedia.az ABŞ Prezidenti Coe Baydenin Varşava çıxışından bir hissəni təqdim edir:Mən Kiyevdən təzə qayıtmışam.
Kiyev ayaqdadır, güclüdür, ən əsası azaddır.
Bu İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsidir. Rusiyanın addımları ABŞ, Avropa və NATO üçün bir sınaq oldu. Biz Ukraynaya kömək etməkdən yorulmayacağıq. Putin enerjidən silah kimi istifadə edə biləcəyini düşünürdü. Amma biz səfərbər olduq və Rusiyanın enerji resurslarından asılılığımızı azaltdıq.
Putin demokratiyanın zəif olduğunu düşünürdü, lakin əvəzində azad ölkələrin dəmir iradəsi ilə qarşılaşdı. O, prezident Zelenskinin simasında cəsarətli bir insanla üz-üzədir. Müharibə bir ildir davam edir və Putin hələ də düşünür ki, biz Ukraynaya dəstəyi dayandıracağıq. Bizim Ukraynaya dəstəyimiz bir saniyə belə dayanmayacaq.
Putin Avropanın NATO-dan çıxacağını düşünürdü, lakin əvəzində İsveç və Finlandiyanı NATO-ya qəbul etdik.
Birləşmiş Ştatlar və Qərb dünyası rus mədəniyyətinə və tarixinə hörmətlə yanaşır. Biz heç vaxt rus xalqı ilə mübarizə aparmamışıq və aparmayacağıq.
Əgər Rusiya ən azı bir NATO ölkəsinə hücum edərsə, bu, bütün bloka hücum kimi qiymətləndiriləcək.
Bu həftə biz yeni sanksiyaları elan edəcəyik. Bu müharibənin başlanmasında günahkar olanları məsuliyyətə cəlb edəcəyik.
ABŞ nüvə silahı istifadə etməkdən belə çəkinməyəcək, amma heç vaxt bunu ilk istifadə edən tərəf olmayacaq. Nüvə şantajı sadəcə qorxaqlıqdır.
ABŞ Ukraynaya kömək etmək üçün dünyanın 50-dən çox ölkəsi ilə koalisiya yaradıb.
Əgər Rusiya dayansa, bu müharibənin sonu deməkdir. Əgər Ukrayna dayansa, bu Ukraynanın sonu deməkdir.
Biz qaranlığın deyil, işığın, köləliyin deyil, azadlığın tərəfindəyik.