Bayden Polşanın paytaxtı Varşavada Buxarest Nine (B9) liderləri və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb və görüşdən əvvəl qiymətləndirmələr aparıb.
Azadmedia.az xəbər verir ki, Bayden təşəkkür edərək, NATO-nun güclü müttəfiqləri ilə birlikdə olmaqdan xoşbəxt olduğunu və Stoltenberqin indiyə qədər “gözəl iş gördüyünü” deyib.
B9 bölməsinin 2015-ci ildə qurulduğunu xatırladan Bayden, “Bu gün Rusiyanın işğalının birinci ildönümünə yaxınlaşdığımız bir vaxtda birlikdə dayanmağa davam etməyimiz daha da vacibdir və düşünürəm ki, bu, bizim nə qədər güclü olduğumuzun sübutudur, - ifadəsini işlədib.
NATO-nun şərq cinahındakı ölkələrin əhəmiyyətini vurğulayan Bayden, “Siz bizim kollektiv müdafiəmizin önündəsiniz. Bu münaqişə təkcə Ukraynada deyil, bütün Avropa və dünyada demokratiyaların azadlığı üçün vacibdir. Biz Ukraynaya kritik təhlükəsizlik yardımı göstərmək və sözün əsl mənasında milyonlarla qaçqına kritik dəstək göstərmək üçün burdayıq. Biz Ukraynaya daimi dəstəyimizi davam etdirəcəyik”,- deyib.
NATO ilə bağlı öhdəliklərini təkrarlamaq istədiyini qeyd edən Bayden, "Beşinci Maddə müqəddəs bir öhdəlikdir. Biz NATO-nun hər qarışını sözün əsl mənasında müdafiə edəcəyik" ifadəsini işlədib.
Görüşdən əvvəl Bayden Polşa prezidenti Anjey Duda ilə fotosessiya üçün görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.