AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

WSJ: Makron və Şolz Zelenskini Rusiya ilə danışıqlara başlamağa çağırıblar

  • + A
  • - A
  • 24-02-2023, 23:50

    WSJ: Makron və Şolz Zelenskini Rusiya ilə danışıqlara başlamağa çağırıblar

    Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə onu Rusiya tərəfi ilə danışıqlara başlamağa çağırıblar. Azadmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

    Nəşrin yazdığına görə, Şolz və Makron Parisdə söhbət zamanı Zelenskiyə Rusiya Federasiyası ilə danışıqlar aparmaq ideyasını nəzərdən keçirməyə başlamaq lazım olduğunu deyiblər.

    Eyni zamanda, qeyd edildiyi kimi, Fransa prezidenti ukraynalı həmkarına ölkəsinin qatı düşmən olmasına baxmayaraq, İkinci Dünya Müharibəsindən sonra Almaniya ilə sülhə nail ola bildiyini xatırladıb.

    Bir müddət əvvəl Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Dai Bing dünya təşkilatının Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxış edərək bildirib ki, Pekin Moskva və Kiyevi ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırır və beynəlxalq ictimaiyyət buna öz töhfəsini verməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR