AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pentaqon: ABŞ Ukraynadakı münaqişənin daha 3 il davam edəcəyini etiraf edir

  • + A
  • - A
  • 28-02-2023, 21:41

    Pentaqon: ABŞ Ukraynadakı münaqişənin daha 3 il davam edəcəyini etiraf edir

    Pentaqonun rəhbərinin müavini Kolin Kahl bildirib ki, Ukraynada münaqişə yaxın üç il ərzində davam edə bilər. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    “Biz münaqişənin trayektoriyasını bilmirik. Münaqişə altı aya, bəlkə də iki və ya üç ilə bitə bilər”, - Kahl deyib.

    O, hətta münaqişənin mümkün davamı ilə bağlı cari qiymətləndirmələri nəzərə alaraq, Ukrayna tərəfinə maliyyə yardımı şəklində Konqresin dəstəyinə ümid etdiyini bildirib.

    Bir müddət əvvəl köşə yazarı Uri Fridman amerikalı analitiklərin proqnozlarına istinad edərək, “The Atlantic” üçün yazdığı məqalədə Ukraynada münaqişənin illərcə davam edə biləcəyini, danışıqlar prosesinin kövrək və üçüncü tərəfin müdaxiləsindən asılı ola biləcəyini qeyd etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR