Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı əmin edib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasının ərazisinə zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat və ya digər məlumatlar ötürmür. Bu barədə Azadmedia.az RİA Novosti-yə istinadla xəbər verir.
“Əminliklə deyə bilərəm ki, ABŞ-ın Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Ukrayna tərəfinə kəşfiyyat məlumatları və ya digər məlumatlar ötürməsi ilə bağlı iddialar cəfəngiyyatdır”.
Amerika hərbi departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ Rusiya Federasiyası ilə “müharibə aparmır” və onu “axtarmır”.
"Bizim səylərimiz yalnız Ukraynanın özünümüdafiəsinə dəstək verməyə yönəlib" - məlumatda deyilir.
Bundan əvvəl “The New York Times” Ukraynanın Xarkov və digər istiqamətlərdə hücum planlaşdırmaq üçün ABŞ kəşfiyyat məlumatlarından istifadə etdiyini yazmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.