AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan brifinqdə sərsəmlədi

  • + A
  • - A
  • 2-03-2023, 23:57

    Paşinyan brifinqdə sərsəmlədi

    Paşinyan ənənəsinə sadiq qalaraq növbəti dəfə brifinqdə sərsəmlədi.
    Vəziyyəti beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə təqdim etmək üçün Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi çox vacibdir. Azadmedia.az xəbər verir ki, bu sərsəmləməni Ermənistanın baş naziri Nikol Paşinyan martın 2-də Berlində Almaniya kansleri Olaf Şolzla birgə keçirdiyi brifinqdə deyib.

    “Azərbaycan tərəfi danışıqlarda vicdanla iştirak etmək əvəzinə öz destruktiv siyasətini davam etdirir, Ermənistanın demokratiyasını təhdid edir, hökumətimizin Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması səylərinə zərbə vurur.

    2020-ci il noyabrın 9-da bəyanatı imzaladıqdan sonra Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq, Dağlıq Qarabağ xalqının hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün bütün səylərini göstərib.

    Bu gün ən aktual problem odur ki, Laçın dəhlizi 2022-ci il dekabrın 12-dən bağlanıb və bunun nəticəsində faktiki olaraq 120 min sakin blokadaya düşüb. Azərbaycanın bu hərəkətləri 2020-ci il noyabrın 9-da üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır ki, bu da Azərbaycanın Dağlıq Qarabağ əhalisinin etnik təmizlənməsinə yönəlmiş genişmiqyaslı və sistemli siyasətinin tərkib hissəsidir.

    Fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qarşı qərar çıxararaq, Azərbaycanı Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətini təmin etmək üçün bütün lazımi tədbirləri görməyi tapşırıb. Biz beynəlxalq tərəfdaşlarımızı Azərbaycanın məhkəmənin qərarını dərhal yerinə yetirməsi üçün fəal addımlar atmağa çağırırıq. Biz Almaniyanın demokratiya, insan haqlarının qorunması və ümumbəşəri dəyərlərin qorunması ilə bağlı aydın mövqeyinin vacibliyini vurğulayırıq ki, bu da Ermənistanın Cənubi Qafqazda sabitlik və sülhə nail olmaq səylərini dəstəkləyəcək”, - Paşinyan bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR