AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Dövlət Departamenti Qafqazda danışıqlar üzrə yeni müşavirinin regiona ilk səfərini açıqlayıb

  • + A
  • - A
  • 3-03-2023, 11:04

    ABŞ Dövlət Departamenti Qafqazda danışıqlar üzrə yeni müşavirinin regiona ilk səfərini açıqlayıb

    ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə yeni baş müşaviri Lyuis Bono gələn həftə Cənubi Qafqaza ilk səfərini edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

    "Qafqaz danışıqları üzrə baş müşaviri Lyuis Bono gələn həftə bu vəzifədə ilk səfərində regiona (Cənubi Qafqaz) səfər edəcək", - Prays cümə axşamı brifinqdə bildirib.

    Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı sadiqliyimizi dəstəkləmək üçün Bakı, İrəvan və Tbilisiyə səfər edəcək və burada üç ölkənin ali rəhbərliyi ilə görüşməyi planlaşdırır.

    Onun sözlərinə görə, regiona səfər Bonoya bu il fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan dialoqu davam etdirməyə imkan verəcək.

    Prays bildirib ki, Cənubi Qafqazın hər üç paytaxtında keçiriləcək görüşlər zamanı dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə yeni baş müşaviri “ABŞ-ın Cənubi Qafqazda sülh, demokratik və firavan gələcəyə sadiq olduğunu” vurğulayacaq.

    Xəbər verdiyimiz kimi, 2022-ci ilin avqustunda bu vəzifəyə təyin olunan Filip Riker bu il yanvarın əvvəlində bu vəzifəni tərk etdikdən sonra ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri vəzifəsi vakant qalıb. 2023-cü il fevralın 1-də ABŞ dövlət katibi Entoni Blinken Lyuis Bononun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri təyin olunduğunu elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR