Belarus sərhədi yaxınlığında hazırda Ukrayna Silahlı Qüvvələrinin (AFU) 17 min əsgəri cəmləşib. Azadmedia.az xəbər verir ki, bu barədə STV dövlət telekanalı Belarus Dövlət Sərhəd Komitəsinin bəyanatına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Ukraynanın Rovno vilayətində sərhədin möhkəmləndirilməsi üçün tədbirlər görülür.
Bundan əvvəl Ukraynanın Rovno vilayətinin rəhbəri Vitali Koval Ukrayna hərbçilərinin Belarusla sərhəddə istehkamları gücləndirdiyini bildirmişdi.
Bundan əvvəl Belarusun Dövlət Sərhəd Komitəsi məlumat vermişdi ki, Ukrayna bu ölkə ilə həmsərhəd əraziləri minalamaqda davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.